Bir gündə üç bomba: İspaniyada nə baş verir?backend

Bir gündə üç bomba: İspaniyada nə baş verir?

İspaniyanın paytaxtı Madriddəki Torrejon de Ardoz hava bazasında içərisində bomba olan bağlama ələ keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Bildirilib ki, Aviabazanın təhlükəsizlik xidməti skanerdən istifadə edərək partlayıcı qurğunu müəyyən edib. Hazırda ərazidə polis və xüsusi xidmət orqanları işləyir.

Məlumata görə, bu, İspaniyada son 24 saat ərzində üçüncü oxşar hadisədir.

Belə ki, bu gün səhər saatlarında silah istehsal edən “Instalaza” şirkətinə poçt vasitəsilə paketdə partlayıcı qurğu göndərilib.

Qeyd edək ki, noyabrın 30-da Madriddəki Ukrayna səfirliyi yaxınlığında partlayış baş verib, nəticədə diplomatik nümayəndəliyin əməkdaşı yaralanıb. O, Ukraynanın İspaniyadakı səfirinə göndərilmiş bomba olan zərfi açıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*