Bir kiloqram albalı hərracda 10 min dollara satıldı – Yaponiyadabackend

Bir kiloqram albalı hərracda 10 min dollara satıldı - Yaponiyada

Yamaqata prefekturasından bir kiloqram “Higasine albalı” giləmeyvə Tokio hərracında rekord qiymətə – 1,45 milyon yen (təxminən 10 min dollar) satılıb.

KONKRET.az xəbər verir ki, bütün Yaponiyada albalı ilə məşhur olan Hiqasine şəhərində ən çox bu giləmeyvə yetişdirilir. Şəhər ölçü, rəng və dad baxımından ciddi standartlara cavab verən öz albalı brendini yaradıb.

Bu növ albalının bir kiloqramı 50 min yen (320 dollar) ucuz başa gəlib.

Yamaqata prefekturası ənənəvi olaraq Yaponiyanın ən dadlı albalı tədarükçüsü kimi qəbul edilir və ölkədə istehsal olunan giləmeyvələrin ümumi həcminin 75 faizini təmin edir.

Adətən ilk meyvələr yazın sonu – yayın əvvəlində yaranır, lakin geniş ağızlı çəlləklərdə yetişdirilən və ilin ilk günlərində satışa çıxarılan Yeni il növü də var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*