Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası işə başladıbackend

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası işə başladı

Bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası başlayır.

KONKRET.az xəbər verir ki, iclas liderlərin iştirakı ilə dar tərkibdə, nümayəndə heyətlərinin iştirakı ilə isə geniş tərkibdə baş tutacaq.

Sammitdən sonra birgə sənədlər paketinin imzalanması planlaşdırılır. İclas başlamadan əvvəl Qırğızıstan prezidenti Sadir Japarov nümayəndə heyətlərinin başçılarını qarşılayacaq.

Japarov və Vladimir Putindən başqa iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.

Ermənistan baş naziri Nikol Paşinyan iclasda iştirak etməyəcək.

Qeyd edək ki, görüşdən sonra Sadir Japarov və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*