“Biz heç bir məscidi dağıtmamışıq, bacardığımız qədər qoruyub saxlamışıq” – Beqlaryanbackend

"Biz heç bir məscidi dağıtmamışıq, bacardığımız qədər qoruyub saxlamışıq" - Beqlaryan

“Biz heç bir məscidi dağıtmamışıq, bacardığımız qədər qoruyub saxlamışıq”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqram kanalında yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatları şərh edib.

“1993-cü ildə BMT-nin 4 qətnaməsi hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb, lakin Azərbaycan bu qətnaməyə əməl etmədi və hərbi əməliyyatları davam etdirdi.
Sovetin vaxtında rəsmi sənədlərində Qarabağda cəmi 17 məscidin olduğu göstərilirdi, İlham Əliyev isə 67 məscidin olduğunu deyir.

Biz qəsdən heç bir məscidi dağıtmamışıq. Əksinə, Şuşa məscidini bərpa etmişik. Məscidləri kilsələr kimi bacardığımız qədər qoruyub saxlamışıq”, – deyə Beqlaryan çərəınləyib.

P.S. Bu yerdə “bişmiş toyuğu” gülmək tutmasın, neyləsin… Kor-kor, gör-gör. Gördük də məscidlərimizi necə qorumuşdunuz. Allahın evini tövlələrə, xarabalıqlara çevirmişdiniz. Bir məscidi İranın xətrinə təmir edib, onu da farslaşdırdınız. Heç olmasa, çərənləməyin!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*