“Biz inteqrasiyanın əleyhinə deyilik, amma Azərbaycanla istəmirik”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin qondarma “müşavir”i, “keçmiş xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib.
“Əslində Qarabağda vəziyyət ağırdır və bunu yaxşı başa düşmək lazımdır. Biz doğrudan da faciəvi vəziyyətdəyik.
Qarabağ xalqı sona qədər döyüşməyə hazırdır. Azərbaycan öz inteqrasiya gündəmindən kənara çıxmır, biz də öz gündəmimizdən kənara çıxmamalıyıq.
Yenə deyirəm ki, rəqiblə danışanda silaha nifrət etməməlisən, çünki o rəqib səndən çox güclüdür. Belə olan halda qırğın olacaq.
Biz prinsipial olmalıyıq. Danışıqların, sülh yolu ilə nizamlanmanın əleyhinə deyilik.
Danışıqlara getməyə hazırıq, amma Azərbaycanın təqdim etdiyi danışıqlara getməyəcəyik. Yəni inteqrasiya təslim olmağa bərabərdir.
Bunların heç biri Azərbaycanla ola bilməz. Biz bu yolla getməyəcəyik. Amma Zaqafqaziya, Rusiya, İran, Avropa və ya başqaları ilə inteqrasiyanın əleyhinə deyilik”, – deyə Babayan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
