“Biz məhv oluruq” – Abramyandan XƏBƏRDARLIQbackend

"Biz məhv oluruq" - Abramyandan XƏBƏRDARLIQ

“İndiki hökumətin kapitulyasiya siyasətini rədd etməkdən başqa seçimimiz qalmayıb”.

KONKRET.az xəbər verir ki, bunu müxalifətçi deputat Tiqran Abramyan deyib.

“Yavaş xalq arasında səssiz bir konsensus formalaşır ki, bu hakimiyyətin mövcudluğu ölkənin yeni sınaqlar və varlıq mübarizələri burulğanına girməsinə yol açır. Hakimiyyət sülh vəd etdi, amma sonda müharibə aldıq. Onlar firavanlıq vəd etdilər, amma biz məhvə doğru yön aldıq. Onlar suveren ölkə vəd etdilər, amma biz ərazilər itirdik. Onlar layiqli həyat vəd etdilər, amma biz daim alçaldıldıq”, – deputat vurğulayıb.

Onun sözlərinə görə, indiki hakimiyyətin təslimçilik siyasətindən əl çəkməkdən başqa heç nəyi qalmayıb. Abramyan vurğulayıb ki, Ermənistanda xarici və daxili siyasəti müstəsna olaraq milli maraqlar üzərində qurulacaq hökumət formalaşmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*