“Azərbaycan məsuliyyətli və ləyaqətli ölkədir. Apardığı müharibəni də düşmənin legitim hədəflərini məhv edərək, mülki obyektlərə və dinc əhaliyə toxunmadan ləyaqətlə aparır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan haqq işimizdə ordumuz düşməni diz çökdürüb. Azərbaycanın Müzəffər Ordusunun döyüş meydanındakı uğurları düşməni bizim şərtlərimizi qəbul etdirməyinə məcbur edib”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, bütün münaqişə və müharibələr döyüş meydanındakı qələbələri masa arxasında sənədə imza atılmaqla möhkəmləndirir: “Paşinyanın beynəlxalq təşkilatlara və dünya liderlərinə yalvarışları beynəlxalq səviyyədə ölkəmizə müvəqqəti humanitar atəşkəs razılaşması üçün təklifləri çoxaldıb. Təbii ki, Azərbaycan dünyanın bir parçasıdır və öz hədəfini qüvvədə saxlayıb beynəlxalq təşəbbüslərini nəzərə alaraq Moskvada 10 saatlıq danışıqlardan sonra 10 oktyabr saat 12:00-dan etibarən müvəqqəti atəşkəsə razılaşdıq. Qəbul olunan bəyənnamədə razılaşdırılmış 4 bənd ölkəmizin maraqlarını tam təmin edəcək şəkildə yazılıb. Dünya ölkələri əvvəllər münaqişənin hərb yolu yoxdur deyirdisə və münaqişənin həlli 30 il uzanmışdısa, ölkə başçısının qeyd etdiyi kimi hərb yolu ilə qazandığımız uğurlar məsələnin danışıqlar yolu ilə həll edilməsi üçün vacib variant olduğunu sübut etdi. Məhz hərb yolu ilə döyüş meydanında düşmənimizin uğursuzluqları onu məcbur etdi ki, danışıq ritorikasını dəyişsin və bizim səsləndirdiyimiz şərtlərə razı olsun. İmzalanmış müvəqqəti atəşkəs rejimi qarşı tərəfin özünü necə aparmasından asılı olaraq hər zaman yenidən aktiv fazaya qayıda bilər. Azərbaycan atəşkəsə tam riayət etməyə başladığı bir zamanda qarşı tərəfdən biz nə görürük? Görürük ki, düşmən fürsətdən istifadə edərək dinc əhalimizin və strateji obyektlərimizin bombalanmasını daha da intensivləşdirir”.
Deputat bildirib ki, Azərbaycan yenidən düşməni susdurmağa məcbur olur: “Ermənistan ərazisindən Mingəçevirə ballistik raket atılır və o ordumuzun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən səmada məhv edilir. Ermənistan Beynəlxalq Hava daşınmaları ilə bağlı konvensiyaları pozaraq mülkü təyyarələrdə silah daşınmasını həyata keçirir. Görünən odur ki, düşmən imzalanmış atəşkəs razılığından sui-istifadə edərək özünün bəd niyyətlərini reallaşdırır. Dövlət başçısının qeyd etdiyi kimi, biz nəyi nə vaxt etməyi yaxşı bilirik. Düşmən bunu yaddan çıxarmamalıdır. Biz Paşinyana son şansı vermişdik. Ancaq o, razılaşmaya əməl etmədi. Ermənistan ordusunun cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralı var, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Bununla yanaşı, Azərbaycan İstilik Elektrik Stansiyası hədəf alınıb. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın istər danışıqlar masasının arxasında, istərsədə hərb meydanında bir məqsədi var – torpaqlarını işğalçılardan təmizləmək və ölkənin ərazi bütövlüyünü təmin etmək”.publika.az

Çox heyif atəkəs razılamaşı oldu yenə həmin vəziyyətdi