ABŞ dövlət katibi Antoni Blinken Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Borrell ilə telefon danışığı zamanı Blinken mülki əhalinin müdafiəsi və müntəzəm humanitar yardımın təmin edilməsinin zəruriliyini qeyd edib.
Diplomat vurğulayıb ki, ABŞ üçün əsas prioritetlər əcnəbi vətəndaşların Qəzzadan təhlükəsiz çıxışı və girovların azad edilməsidir.
Qeyd edək ki, Blinken İsrailə, Hindistana, İordaniyaya, Koreya Respublikasına və Yaponiyaya səfər edəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
