BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib.
KONKRET.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 4-ü sənədin lehinə, 2-si əleyhinə (Böyük Britaniya və ABŞ) səs verib, 9-u isə bitərəf qalıb.
Bildirilir ki, şuranın 9 üzvü qətnamənin lehinə səs versə və bir dövlət belə veto qoymasa, qəbul edilmiş sayılır.
Bu, artıq Rusiyanın ikinci qətnamə layihəsidir, o, həm Braziliya, həm də Amerika sənədlərinin elementlərini, o cümlədən Braziliya variantına təklif olunan düzəlişləri özündə birləşdirir.
Mətn, xüsusilə, HƏMAS hərəkatının İsrailə hücumlarını pisləyir, dərhal atəşkəsə, humanitar dəhlizlərin yaradılmasına, bütün girovların azad edilməsinə çağırır.
Ariz Həsənoğlu,
KONKRET.az
