Boks üzrə şəksiz dünya çempionu Devin Haney qanunsuz olaraq odlu silah saxlamaq ittihamı ilə həbs edilib.
KONKRET.az xəbər verir ki, idmançının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Axtarış zamanı polis sürücünün oturacağının altından yarı avtomatik tapança tapıb, bundan sonra Haney nəzarətə götürülüb. İyulun 13-də o, 35 min dollar girov müqabilində azadlığa buraxılıb. Avqustda isə o, iş üzrə məhkəməyə gəlməlidir.
