Bolqarıstan Ukraynaya SSRİ dövründən qalma silahlar GÖNDƏRƏCƏKbackend

Bolqarıstan Ukraynaya SSRİ dövründən qalma silahlar GÖNDƏRƏCƏK

Bolqarıstanın müdafiə naziri Todor Taqarev bildirib ki, Bolqarıstan ərazisində olan hərbi bazalardan Ukraynaya zirehli maşınlar göndəriləcək.

KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, Ukrayna üçün nəzərdə tutulan zirehli texnikaların hamısı SSRİ istehsalıdır.

Hərbi texnikaların oktyabrın əvvəlindən Ukraynaya daşınacağı bildirilir. Yüzə yaxın texnikanın təhvil verilməsi ilə bağlı sazişi sentyabrda Bolqarıstan parlamenti ratifikasiya etməlidir.

Qeyd olunur ki, Taqarev Sofiyanın Ukraynanın sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya daxil olmasını dəstəklədiyini qeyd edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*