Bolqarıstanda baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatdıbackend

Bolqarıstanda baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatdı

İyulun 25-də Bolqarıstan paytaxtının Elin-Pelin kəndi yaxınlığındakı pirotexniki məmulatlar fabrikinin anbarında baş vermiş partlayış və yanğın nəticəsində 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kalin Stoyanov hadisə yerində ilkin baxışın nəticələrinə dair brifinqdə məlumat verib.

“Üçüncü gündür ki, anbarın ərazisində partlayışları müşahidə edirik, o cümlədən hadisə yerinə ilkin baxış xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilib. Üçüncü qurbanın cəsədi aşkar edilib, bu gün biz onu təxliyə etməyə çalışacağıq, lakin xilasedicilər üçün vəziyyət hələ də təhlükəli olaraq qalır, tədbirlərlə bağlı yekun qərar hələ qəbul edilməyib. Dördüncü qurbanın yeri hələ məlum deyil”, – deyə nazir bildirib.

Stoyanov aydınlaşdırıb ki, ixtisaslaşmış partlayıcı texniki işçiləri pirotexniki məmulatların yerləşdiyi anbarın təhlükəsizliyini təmin edə biliblər ki, bu da yeni partlayışların qarşısını almağa imkan verib.

Bundan əvvəl ağır yanıq xəsarətləri alan 49 yaşlı kişi və 20 yaşlı qız hadisə yerindən təxliyə edilib. Onlar daha sonra xəstəxanada ölüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*