Bolqarıstanın Baş naziri: Azərbaycan qazının tədarükü sayəsində “mavi yanacaq” təminatında problem yaşamayacağıqbackend

Bolqarıstanın Baş naziri: Azərbaycan qazının tədarükü sayəsində "mavi yanacaq" təminatında problem yaşamayacağıq

Bolqarıstan Baş naziri Boyko Borisov Azərbaycan qazının ölkəyə tədarükünə başladığını elan etdi.

KONKRET.az xəbər verir ki, Borisov bunu “Petriç” kompressor stansiyasını gəzərkən bildirib. Onun sözlərinə görə, bu stansiya vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetrdən çox yanacaq nəql ediləcək.

Baş nazir əlavə etdi ki, bunun sayəsində gələcəkdə Bolqarıstana qaz tədarükü ilə bağlı problem olmayacaq. Bundan əlavə, Azərbaycan qazının ölkəyə nəqli ilə yanaşı, Sofiya üzərindən digər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsinə nail olunacaqdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*