Boris Conson polislə birlikdə əməliyyatda iştirak etdi – VİDEObackend

Boris Conson polislə birlikdə əməliyyatda iştirak etdi - VİDEO

Britaniyanın Baş naziri Boris Conson dünən səhər yerli vaxtla saat 06:00 radələrində Cənubi London bölgəsində polisə birlikdə narkotik əməliyyatında iştirak edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, basqın zamanı yuxudan oyanan şübhəli Baş nazir Consonu polislə birlikdə görüb.

Şübhəli şəxs həmin anları lentə alıb və sosial şəbəkədə paylaşıb:

“Şoka düşdüm. Gecə sərxoş idim, yuxudan oyandım və qarşımda Boris Consonu gördüm. Yuxuda olduğumu düşündüm”.

Polis əməliyyat zamanı heç bir cinayət faktının aşkar edilmədiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*