KONKRET.az xəbər verir ki, Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan 181 nəfər vəfat edib. Bununla da pandemiyadan ölənlərin sayı 41 min 662 nəfərə çatıb.
Ölüm halları əsasən Şotlandiya, Uels və Şimali İrlandiyada baş verib.
Qeyd edək ki, Britaniya dünya üzrə koronavirusdan ən çox itki verən ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.
