Böyük Britaniyanın Elm, innovasiya və texnologiya nazirinin müavini, kosmik layihələrə cavabdeh Endryu Qriffit London Elm Muzeyinə səfəri zamanı Günəşi Marsla, Yupiteri Saturnla səhv salıb.
O, muzeydə planetdən planetə dəyişən kürəni göstərərək çoxbilmiş ədayla “bu da Marsdır!” deyib. Onun səhvini dərhal düzəldən muzey bələdçisi onun əslində Günəş olduğunu deyib. Qətiyyətsiz Qriffit yenə emosiyalarına hakim ola bilməyib və növbəti planeti səhvən Saturn adlandırıb.
Bələdçi bu dəfə də nazir müavininin yanılışlığa yol verdiyini dedikdə isə, onun pərtliyi nəzərdən qaçmayıb. İşçi daha sonra bildirib ki, Saturunun deyil, Yupiterin görüntüsü nümayiş edilir . Bundan sonra nazir müavini kosmosun tədqiqi ideyasını həyəcanverici adlandırıb və kosmosa turisti kimi getmək üçün pul xərcləməyəcəyini vurğulayıb.
Vəli Həsənov,
KONKRET.az
