“Vaxt yoxdur”: Paşinyan Rusiya və AİB-lə bağlı söz verdibackend

"Vaxt yoxdur": Paşinyan Rusiya və AİB-lə bağlı söz verdi

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini təsdiqləyib. İclas 6–7 avqust tarixlərində baş tutacaq.

KONKRET.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, iclas çərçivəsində Ermənistan tərəfi Aİİ daxilində yaranmış fikir ayrılıqlarının həlli yollarını müzakirə etməyi planlaşdırır.

Baş nazir həmçinin Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı məhdudiyyətlərə də toxunub. Onun sözlərinə görə, Rusiya tərəfinin bəzi kənd təsərrüfatı məhsullarına qoyduğu qadağalara baxmayaraq, Ermənistan iqtisadiyyatı yeni şəraitə uyğunlaşa bilir.

Paşinyan bildirib ki, hökumət fermerləri və ixracatçıları yeni bazarlara yönləndirir:

“Biz onlara yeni bazarlardan istifadə etməyi təklif edirik. Məhsullar standartlara uyğun olmalıdır – bunu artıq 8 ildir deyirik. Hər dəfə sərt addımlar atılmaq ərəfəsində bizdən vaxt istəyirlər. Amma artıq vaxt yoxdur”.

O, əlavə edib ki, hökumət tələblərə uyğun istehsal edən istehsalçılara dəstək verməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət tətbiq etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*