Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaqbackend

Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 19-na gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, gün ərzində cənub-şərq küləyi əsəcək və çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba ərazilərində 21-22 dərəcə isti olacaq.

Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda dəniz suyunun temperaturunun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Sinoptiklərin məlumatına görə, cənub çimərliklərində suyun temperaturu şimal sahillərinə nisbətən daha yüksək olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*