Yol qəzası baş verərsə, ilk atılmalı addımlar hansılardır? – VACİB AÇIQLAMAbackend

Yol qəzası baş verərsə, ilk atılmalı addımlar hansılardır? - VACİB AÇIQLAMA

Yol-nəqliyyat hadisəsi baş verdikdə sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması üçün müəyyən qaydalara əməl edilməsi vacibdir.

Bəs qəza zamanı digər sürücülərə avtomobilin qəzalı vəziyyətdə olduğunu bildirmək üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ilk növbədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilməlidir.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

Onun sözlərinə görə, sürücü qəzadan sonra vəziyyəti düzgün qiymətləndirməli, öz hüquq və vəzifələrini bilməli və hərəkətlərini buna uyğun qurmalıdır:

“Yol hərəkətinin təşkili baxımından əsas məsələ digər hərəkət iştirakçılarını qəzalı vəziyyət barədə vaxtında məlumatlandırmaqdır. Bunun üçün avtomobilin qəza işıqları yandırılmalı, qəza dayanma nişanı qanunvericilikdə nəzərdə tutulmuş məsafədə yerləşdirilməlidir. Sürücü bilməlidir ki, hansı addımları atmalıdır və onun məsuliyyəti nədən ibarətdir. Eyni zamanda digər sürücülərin hərəkətinə maneə yaradılmaması da vacib şərtlərdəndir”.

Ekspert qeyd edib ki, yol hərəkəti iştirakçıları qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinə əməl etməlidirlər:

“Təhlükəsizlik qaydaları, ehtiyat tədbirləri və manevr tələbləri hər zaman nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri yüksək sürət və sürücülərin yol şəraitini düzgün qiymətləndirməməsidir. Bu səbəbdən sürücülər yol hərəkəti qaydaları barədə daim məlumatlı olmalı və təhlükəsizlik tələblərinə ciddi riayət etməlidirlər”.

Aslan Əsədov vurğulayıb ki, qəza zamanı düzgün davranış həm əlavə hadisələrin qarşısını alır, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*