Sumqayıtın bir hissəsində su nə vaxt bərpa olunacaq?backend

Sumqayıtın bir hissəsində su nə vaxt bərpa olunacaq?

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib:

“Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*