Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır / FOTObackend

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır / FOTO

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.

KONKRET.az xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək. Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*