Britaniyanın ölkəmizdəki səfiri AZAL-ın pilotu obrazında – VİDEObackend

Britaniyanın ölkəmizdəki səfiri AZAL-ın pilotu obrazında - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı və London arasında reyslərinin sayının artırılması ilə bağlı videoçarx hazırlanıb.

KONKRET.az xəbər verir ki, videoçarxda səfir Ferqyus Old AZAL-ın uçuş heyətinin kapitanı obrazını canlandırıb.  İngilis diplomatının Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəldiyi, Boeing Dreamliner 787 təyyarəsinə mindiyi və pilot kabinəsinə daxil olduğu göstərilir.

Videoçarxda səfir bildirir ki, bu ilin mart ayından etibarən AZAL-ın Bakı ilə London arasında reyslərinin sayının artırılmasını və həftədə 6 reysə çatdırılmasını məmnunluqla qarşılayır. Belə ki, yeni reyslər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar açacaq.

Bu video həm də Azərbaycan və Böyük Britaniya arasında aviasiya əlaqələrinin möhkəmlənməsini, eləcə də hava nəqliyyatının inkişafının vacibliyini diqqətə çatdırır.

Qeyd edək ki, martın 17-dən London Qatvik Hava Limanına yeni reyslər həyata keçirən AZAL Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayını həftədə 6 reysə çatdıracaq.

Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür:

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*