Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
“Ceyms Kleverli bu gün günorta saatlarında İsrailə gəlib və orada hücumlardan sağ çıxanlarla görüşəcək”, – məlumatda deyilir.
Məlumata görə, Kleverli səfər çərçivəsində İsrail prezidenti İsaak Hersoq, baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Eli Koenlə görüş keçirəcək.
İsrailin Haaretz nəşrinin məlumatına görə isə ABŞ dövlət katibi Antoni Blinken cümə axşamı ölkəyə gələcək.
Ariz Həsənoğlu,
KONKRET.az
