Alyansın Brüsseldə keçiriləcək görüşünün əsas mövzusu Ukraynaya dəstək, NATO-nun müdafiəsi və cilovlanması, eləcə də Yaxın Şərqdəki vəziyyət olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun baş katibi Yens Stoltenberq bildirib.
Biz nazirlər səviyyəsindəki görüşümüzdə geniş spektrli məsələləri müzakirə edirik: “Bu gün İsrailin müdafiə naziri bizi Həmas-ın hücumundan sonrakı vəziyyətlə bağlı məlumatlandıracaq”, – Stoltenberq deyib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb.
Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
Ariz Həsənoəğlu,
KONKRET.az
