Brüsselin mərkəzində etirazçılar Lüksemburq meydanında ucaldılmış abidənin bir hissəsi olan 19-cu əsrə aid heykəli aşırıb və zədələyiblər.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, sənayeçi Con Kokerilin abidəsinin yanında yerləşən mexanik Bofortun heykəli dağıdılıb.
Qeyd edək ki, Brüsseldə Avropa Parlamenti qarşısında aksiya keçirən fermerlər Avropanın kənd təsərrüfatı siyasətinə qarşıdırlar. Aksiyalar Aİ liderlərinin Belçika paytaxtında keçiriləcək sammitinə təsadüf edir.

Burhan,
KONKRET.az
