Bu ailələrdə uşaqlara 500 manat veriləcək – Deputat açıqladıbackend

Bu ailələrdə uşaqlara 500 manat veriləcək - Deputat açıqladı

Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif edilir.

KONKRET.az xəbər verir ki, deputat Kamal Cəfərov əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğv edilməsindən irəli gələn məsələlərə aydınlıq gətirib.

Deputat bildirib ki, bununla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin aylıq 300 manatdan 500 manatadək artırılması təklif olunur.

K. Cəfərov qeyd edib ki, bundan əlavə, 11 min manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçiriləcək: “Şəhid olan zabitlərin övladlarının hər birinə 18 yaşına qədər ortalama 400-500 manat (hər bir övlada görə aylıq məbləğ) ödəniləcək. Şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alacaq, övladları təhsil haqlarından azad olunacaq. Şəhidin pensiya alan valideynlərinə aldıqları pensiyaya əlavə 93,5 manat əlavə veriləcək. Bunlarla yanaşı, şəhid ailələri mənzil və ya fərdi evlə təmin ediləcək”.APA

  • Nurane
    Dekabr 22, 2020 - 22:34

    Niye

    • Gülnar
      Dekabr 23, 2020 - 18:09

      Adı camaat ölsün nəsə day bilmirəm mən nə edim bu 2 uşağı necə boyudecem məni dərd götürüb Allaha sığınıram Allah köməyim olsun

  • Taleh
    Dekabr 23, 2020 - 00:51

    190 AZN vermirlər
    Sosial vermirlər
    İşdə yoxdur işlerde termin ETMİRLER hara müraciyət edesenki yaşaya bilek prasdoy adamlar acından ölsün gelin baxın evime partlaxdır bir tikə çörəyin yoxdur uşaqlara verim bes men ne edim

  • Nuridə
    Dekabr 23, 2020 - 10:46

    Ancaq Şehid ailerine pensiyalari artır yoxsa pensiya alan insalara

  • Alim
    Dekabr 23, 2020 - 13:15

    Lap yaxşı İş görürsüz.Şəhid ailələrinə,qazilərə və hətta döyüşdə iştirak etmiş hər bir kəsə güclü dəyər verilməlidir.Ancaq Cənab Prezidentimizdən xaiş edirəmki bu ünvanlı sosial yardim məsələsin ləğv etsin,Yerinə əvvəlki kimi hər uşağa 18 yaşina kimi uşaq pulu verilsin….3 övladim var özümdə kirayə qalıram sürücü işliyirəm deyə avtomabili etibarnaməylə sürməliyəm.bəs mən necə edim ?300azn maaş alıram.işdən çixim?işsiz olanada sosial verilmir.

    • Qahirə
      Dekabr 23, 2020 - 14:25

      Mən də istiyirəm uşaqpulu verilsin iş vakansiyaları 35 yaşa qədərdi bəs artıq yaşı olanlar nə etsin.2 azyaşlı uşaqnan işləmirəm,ayrılmişam 53yaşı var heç yerə işə götürmürlər,aliment tələb etməmişəm,işləmir hardan ödəyəcək.Düz bir il sürundum sosial düzəldə bilmədim,tanışım yoxdu deyə.Mənim vəziyyətimdə olan neçə nəfər alır tanış düzəldir 6 ayın alır,sonra sən alırsan bumu yaxşıdı,rüşvət də burdan başlayır.Uşaq pulu verilsə heç kim müdaxilə edə bilməz axı

  • Emil
    Dekabr 23, 2020 - 13:41

    Salam. Cox beyilenesi fikirlerdir İNŞƏALLAH tezliycen heyatada kecer. Ama bilmelisinizki xalqin 70%nin maiddi imkani 0 dir.33 ilde devletden 20 qep xeyir gormemişiy. Ne olarki bu pandemiya devrinde dolanmaqcun 190 manati bizlerede vere.uşaq puluda tecili verilmelidi AZƏRBAYCAN kimi ölkede uşaq pulu verilmemeyi faciədir. Gələcek nesil uşaqlari bile bile mehv etmekdir!

  • Qahirə
    Dekabr 23, 2020 - 14:33

    Vətən uğrunda şəhid olanlar da qazilər də hamısı kasıb balalarıdı.Həmişəki kimi,hansı əzab əziyyətlə böyümüşdülər.Dövlətdən bir qəpik uşaqpulu belə almaya almaya.İndi özləri yoxdu övladlarin saxlamaq lazımdı alqışlayırıq,amma yerdə qalan kasıb uşaqların da fikirləşib uşaqpulun bərpa etmək lazımdı

  • Nermin
    Dekabr 23, 2020 - 17:49

    Aa siz nece adamlarsiz bes basqa usaglar usag deyiller onlar . Gerek onlarinda atalari sehid olsun. Kasiblar var bes onlarin usagi hansiki sizin beyenmediyin 30 40 qepilik coreye hesretdiler.

  • Zaur
    Dekabr 24, 2020 - 12:04

    Greek biz de torpaxin altda Olam qiymet veriler iki usaxla neyniyim

  • Əliyeva Tərlan Əli q
    Dekabr 24, 2020 - 20:10

    uşaq pulunun verilməsi çox zərurudi ailədə 5 nəfərimk 2 si az yaşlı uşaqdı mən evin nənəsiyəm pandemiya ilə əlaqıdar işim dayanıb özümdə hazırda covid xəstəsiyəm ailədə 1 nəfər işləyir heçcür çatdıra bilmirik

  • Sənani
    Sentyabr 27, 2023 - 00:46

    salam mənim 5 evladım var hamısıda oğlandır cox cətin vəziyyətdə yaşayiram dövlət niyə kömək göstərmir ki

Taleh üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*