“Bu, bizim üçün eyni məna kəsb edir” – Lavrovbackend

"Bu, bizim üçün eyni məna kəsb edir" - Lavrov

“Avropa İttifaqının (Aİ) sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi Rusiya üçün NATO-nun mövcudluğu ilə eyni məna kəsb edəcək”.

KONKRET.az xəbər verir ki , bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib:

“Biz bu qoşunların Ukrayna ərazisində olmasını, NATO-nun Ukraynada potensial mövcudluğuna yanaşdığımız kimi nəzərdən keçirəcəyik”.

Lavrovun sözlərinə görə, bu əməliyyatda iştirak edəcək qoşunlar Şimali Atlantika Alyansının qüvvələri olacaq.

Xatırladaq ki, Aİ dəfələrlə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*