Bu ərazilərdə satılan meyvə-tərəvəzi almayın – Həyatınız TƏHLÜKƏDƏbackend

Bu ərazilərdə satılan meyvə-tərəvəzi almayın - Həyatınız TƏHLÜKƏDƏ

Paytaxtda metro çıxışları və yol kənarlarında açıq havada satılan meyvə-tərəvəzlər yay aylarında daha çox diqqət çəkir. Gün ərzində toz, avtomobil tüstüsü və yüksək temperaturun təsiri altında qalan bu məhsulların insan sağlamlığı üçün təhlükəli olub-olmaması isə müzakirə mövzusudur.

Bəs belə şəraitdə satılan meyvə və tərəvəzləri istehlak etmək nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, meyvə və tərəvəzlər təbii yetişmə prosesi zamanı da müxtəlif toz və bakteriyalarla qarşılaşır.

Bizim nənə babalarımız trans yağ yeməyib” - Qida eksperti Ağa Salamov

“Ümumiyyətlə, tərəvəz və meyvələrin bir qismi torpaqda, bir qismi isə ağac üzərində yetişir. Onsuz da onlar müəyyən qədər toz və bakteriyalarla qarşılaşırlar. Bu baxımdan yol kənarında satılan məhsulların təhlükəsi düşündüyümüz qədər yüksək deyil. Əsas məsələ həmin məhsulların düzgün yuyulması və təmizlənməsidir”.

Ekspert qeyd edib ki, xüsusilə mövsümi meyvə və tərəvəzlər evə gətirildikdən sonra xüsusi qaydada təmizlənməlidir:

“Alma, çiyələk, alça və digər mövsümi məhsullar çay sodası əlavə olunmuş suda saxlanmalıdır. Təxminən 10 litr suya 2 xörək qaşığı, yaxud 1 litr suya 1 çay qaşığı çay sodası əlavə etmək kifayətdir. Məhsullar həmin suda 10-15 dəqiqə saxlanıldıqdan sonra axar su altında yaxşıca yuyulmalı və yalnız bundan sonra istehlak edilməlidir”.

Ağa Salamovun sözlərinə görə, məhsulun xarici görünüşünə də xüsusi diqqət yetirilməlidir:

“Əgər meyvə və ya tərəvəzdə çürük, kiflənmə və ya xarab olma əlaməti varsa, həmin məhsul qətiyyən yeyilməməlidir.

Açıq şəraitdə satılan məhsullarda gigiyena qaydalarına əməl olunması və istehlakçıların düzgün təmizləmə üsullarından istifadə etməsi sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*