Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZbackend

Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ

Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır. Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Son günlər bəzi zibilqablarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarının deyirlər.

Bəs bu plakatları əraziyə kim yerləşdirib?

Məsələ bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və komunallar xidmətinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib edib.

Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.

Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən ərazidən kənarlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*