“Dünənki və bugünkü rəqəmlər göstərir ki, artıq pozitiv statistika tendensiya halını alıb. Bu, artıq üçüncü mərhələnin başlanması deməkdir”.
KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.
“Birinci mərhələ fevralın 28-də ilk yoluxma faktının qeydə alınmasıdır. Fevralın 28-dən aprelin 11-dək, demək olar ki, fasiləsiz neqativ tendensiya var idi, yəni yoluxma artırdı və sağalanların sayı isə az idi. Amma aprelin 12-dən etibarən pozitiv rəqəmlər də görünməyə başladı. Elə günlər oldu ki, sağalananların sayı yoluxanların sayını üstələdi. Pozitivlə neqativ bir-birini əvəzləyərək aprelin 18-dək davam elədi, yəni sabitləşdi”, – deyə İ.Məmmədov bildirib.
