Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin korrupsiya qalmaqalının fonunda Ukraynaya maliyyə yardımının artırılması çağırışı Avropa İttifaqında ciddi mübahisələr yaradıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ən sərt reaksiyalardan biri Macarıstanın Baş naziri Viktor Orbandan gəlib.
Orban Avropa Komissiyasının mövqeyini kəskin tənqid edib:
“Bu, heyrətamizdir. Hərbi mafiyanın avropalı vergi ödəyicilərinin pullarını mənimsədiyi üzə çıxan bir vaxtda Komissiya rəhbəri real nəzarət mexanizmləri və ya ödənişlərin dayandırılmasını tələb etmək əvəzinə, bizdən daha çox pul göndərməyimizi istəyir”, – deyə Orban bildirib.
Macarıstan hökumət başçısı əlavə edib ki, ölkəsi sağlam düşüncəni qoruyur və bu cür tələbləri dəstəkləmək niyyətində deyil.
