“Bu insanlar məhdud ağıla malikdir və tormoz olacaqlar” – Eks-spikerbackend

“Bu insanlar məhdud ağıla malikdir və tormoz olacaqlar” - Eks-spiker

“Azərbaycan dövləti 2 il bundan öncə başladığı kadr islahatları kimi vacib reformaları davam etdirir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev bildirib. O, qeyd edib ki, bu reformalar həm bu gün, həm də gələcək reformaların həyata keçirilməsində mühüm rol oynayacaq:

“Kadr reforması sözsüz davam etdirilməlidir, ümumiyyətlə reformanın nə olduğunu anlamayan hələ də 10-larla vəzifə sahibləri vardır. Bu insanlar məhdud ağıla malikdir və özlərindən asılı olmayaraq işlədiyi sahələrdə tormoz olacaqlar.

Paralel korrupsiya və rüşvətin cəlladı hesab edilən siyasi və iqtisadi reformalara başlamağın vaxtı çatıb. 2020-ci ildən sonra Prezidentin nüfuzu və onun komandasının bacarığı imkan verir ki, ən radikal reformalar belə həyata keçirilsin.

Azərbaycanın inkişafını təmin edəcək əsas yollardan biri xarici siyasətdir. Azərbaycan Ermənistanla hərtərəfli müqavilə imzalamaqla erməni müxalifətinin Azərbaycanın inkişafını saxlamaq üçün qarşsına salmaq istədiyi daşı da toza çevirəcək. Ermənistanla müqavilədə Azərbaycanda yaşayacaq ermənilərin problemlərini Rusiyasız həll edək bəndi də olsa daha effektli olar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*