ŞOK: Rusiyanın ABŞ-dakı səfiri qəfil öldübackend

ŞOK: Rusiyanın ABŞ-dakı səfiri qəfil öldü

Rusiya diplomatiyasında gözlənilməz ölüm hadisəsi baş verib. Moskvanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev 66 yaşında qəfil vəfat edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də rəsmi məlumat yayıb. “Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi dərin hüznlə bildirir ki, noyabrın 11-də Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikitiç Darçiyev ömrünün 67-ci ilində qəfil vəfat edib”, – deyə nazirliyin açıqlamasında bildirilir.

Darçiyev 1992-ci ildən diplomatik xidmətdə çalışırdı. O, Rusiya XİN-in mərkəzi aparatında və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub. 2014–2020-ci illərdə Rusiyanın Kanadadakı səfiri vəzifəsini icra edib. 2016-cı ilin fevralında ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Səfirin qəfil ölümünün səbəbi barədə hələlik məlumat açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*