Bu jurnalistlər fərdi təqaüd alacaqlar – SƏRƏNCAMbackend

Bu jurnalistlər fərdi təqaüd alacaqlar - SƏRƏNCAM

Prezident İlham Əliyev bir sıra jurnalistə fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilova Flora Fətula qızı

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Qasımova Tünzalə Yusif qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*