Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınızbackend

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, marketoloq Səfər Aslanov bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qara cümə (Black Friday) və bu kampaniya ilə əlaqəli endirimlər bir çox onlayn platformada artıq noyabrın 19-dan başlayıb və Cyber Monday-ə qədər davam edir. Bu müddət istehlakçılar üçün sərfəli alış imkanları yaratsa da, böyük endirim faizi hər zaman məhsulun ucuzlaşması demək deyil.

Marketoloq qeyd edib ki, Qara cümə zamanı ən çox real qiymət endirimlərinə elektronika, kiçik məişət texnikası və oyuncaq kateqoriyalarında rast gəlmək mümkündür. Televizor, qulaqlıq və noutbuk kimi məhsullarda 20-50 faiz arasında real qiymət düşüşləri müşahidə olunur.

S.Aslanov bildirib ki, qış geyimləri, iri mebel və matras almaq istəyənlər üçün isə yanvar-fevral aylarında keçirilən kampaniyalar daha sərfəli ola bilər.

Marketoloq istehlakçılara alış-verişdən əvvəl ehtiyac duyduqları məhsulların siyahısını hazırlamağı və büdcə müəyyənləşdirməyi tövsiyə edib. Onun fikrincə, məhsulun əvvəlki qiymətini yoxlamaq, müxtəlif satış platformalarında qiymətləri müqayisə etmək vacibdir.

O vurğulayıb ki, alıcılar yalnız endirim faizinə aldanmamalı, həqiqətən ehtiyac duyduqları məhsullara üstünlük verməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*