Bu ölkə 180 döyüş təyyarəsini HAVAYA QALDIRDIbackend

Bu ölkə 180 döyüş təyyarəsini HAVAYA QALDIRDI

Cənubi Koreya KXDR-ə məxsus 180 hərbi təyyarənin ölkə sərhədi yaxınlığında hərəkətini qeydə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya buna cavab olaraq 80 təyyarəni, o cümlədən “F-35A” gizli qırıcılarını havaya qaldırıb.

“Cənubi Koreya 180-dən çox KXDR hərbi təyyarəsinin hərəkətini qeydə alıb və buna cavab olaraq gizli qırıcılar göndərib”, – agentliyin açıqlamasında deyilir.

Qeyd edək ki, ötən gün Cənubi Koreya və ABŞ müdafiə nazirləri arasında görüş baş tutub. Danışıqlardan sonra iki ölkənin nümayəndələri ABŞ və müttəfiqlərinə nüvə hücumu olacağı təqdirdə KXDR rejimini dayandıracaqları ilə hədələyiblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*