Bu ölkə də “Rus Evi”ni bağlayırbackend

Bu ölkə də “Rus Evi”ni bağlayır

Fransa Parisdəki “Rus Evi”nin fəaliyyətini dayandırmaq üçün addımlar atır.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub:

“İndi “Rus Evi”nin hesablarını dondurmaqla işini tamamilə dayandrımağa cəhdlər edilir. “Rus Evi”nin burada ikitərəfli razılaşma əsasında qanuni fəaliyyət göstərdiyini nəzərə alsaq, bu məsələyə dair Fransa ilə kompleks danışıqlar aparılır”.

Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*