ABŞ-də səfərbərlik prosesi onlayn sistemdə baş tutacaq. Bunun üçün proses kompüter simulyasiyasını keçirməyə hazırlaşır.
Məqsəd odur ki, idarə amerikalı kişilərin orduya çağırış üçün avtomatik qeydiyyatına başlamazdan bir neçə ay əvvəl milli səfərbərlik planlarının həqiqətən işləyib-işləməyəcəyini yoxlasın.
KONKRET.az xəbər verir ki, hərbi hazırlığın modelləşdirilməsi layihəsi hökumətin 1940-cı ildən bəri qüvvədə olan qeydiyyat sistemini yenidən nəzərdən keçirdiyi bir vaxtda başlayır.
Təklif olunan yeniliklərə əsasən, 18-26 yaş arası kişilər 19 dekabrdan başlayaraq avtomatik qeydiyyata alınacaqlar, bu zaman idarə çağırışçılardan özlərinin qeydiyyatdan keçməsini tələb etmək əvəzinə digər federal bazalarda saxlanan məlumatlardan istifadə edəcək.
Sistem bütün səfərbərlik prosesini modelləşdirəcək: qeydiyyat, seçim, bildiriş, göndəriş və təsnifat, həmçinin çağırışçıların məlumatlarının işlənməsi məntəqələrinin buraxılış qabiliyyəti, gəlməyənlərin sayı, tibbi göstəricilər və əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin alternativ xidmət proqramına yönləndirilməsi.
Natiq Səlim,
KONKRET.az
