“Mukhtar Gasımlı” gəmisinə dron hücumu oldu – FOTOLARbackend

“Mukhtar Gasımlı” gəmisinə dron hücumu oldu – FOTOLAR

Qara dənizdə hərəkətdə olan “Mukhtar Gasımlı” adlı quru yük gəmisi pilotsuz uçuş aparatı (dron) tərəfindən hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəkstək” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, Qvineya-Bissau bayrağı altında üzən və “MG Shipping 1” şirkətinə məxsus “Mukhtar Gasımlı” ümumi yük gəmisi Türkiyənin Samsun limanı yaxınlığındakı lövbər yerindən Rusiya Federasiyasının Rostov-na-Don limanına doğru hərəkətdə olarkən hücuma məruz qalıb.

Hücum zamanı itki və ya xəsarət alan olmayıb, heyət üzvlərinin təhlükəsizliyi təmin edilib.

Hadisədən sonra marşrutunu dəyişən quru yük gəmisi artıq Türkiyənin Sinop limanına çatıb və lövbər salıb.

1784787389 753306626 2683898515395327 5919524548143502232 n1784787328 752484596 1940557856658360 6658268766537419911 n1784787414 753267389 1024964767164511 7196614805579421585 n1784787345 753018733 918082073923724 5203484779431097334 n1784787415 753164348 2040538753520972 2951777437561585654 n1784787338 752178099 27097829306562518 2624973082263823859 n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*