“Demişdim ki, maaş almayacağam, ondan imtina edəcəyəm. Həmçinin fraksiyamız da parlamentdə verilən mükafatları qəbul etməyəcək. Parlament xalq üçün mühüm heç nə etməyib ki, üstəlik mükafat da alsın”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Güclü Ermənistan” müxalifət fraksiyasından olan deputat Narek Karapetyan jurnalistlərə bildirib.
O qeyd edib ki, bu vəsaitlər xeyriyyə məqsədlərinə yönəldiləcək.
Fraksiyanın rəhbəri və katibi vəzifələrinə namizədlərlə bağlı isə hələ yekun qərar verilməyib. Karapetyan fraksiyaya özünün rəhbərlik edə biləcəyini, katib vəzifəsini isə Aram Vardevanyanın tutmasının mümkün olduğunu istisna etməyib.
Blokun parlament sədrinin müavini vəzifəsinə namizəd irəli sürməsi məsələsində də hələlik yekun qərar yoxdur.
Ağagül Mürsəlov,
KONKRET.az
