Nigerdə dövlət çevrilişi həyata keçirən üsyançıların liderləri Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki buna səbəb, səfirin qiyamçıların nəzarətində olan Xarici İşlər Nazirliyinin zənginə cavab verməməsi və onların nümayəndələri ilə görüşməkdən imtina etməsidir.
Burhan,
KONKRET.az
