Macarıstan hökuməti ölkənin yeganə atom elektrik stansiyası olan Pakş AES-in fəaliyyətini tam dayandırıb.
KONKRET.az xəbər verir ki, ölkənin Baş naziri Peter Macyar özünün Facebook səhifəsində yazıb.
Baş nazir Peter Macyar bildirib ki, qərar Dunay çayında su səviyyəsinin rekord həddə enməsi səbəbindən qəbul edilib. Bu, stansiyanın 44 illik fəaliyyət tarixində ilk belə haldır.
Məlumata görə, Pakş AES-in reaktorlarının soyudulması üçün Dunay çayından istifadə olunur. Lakin uzunmüddətli quraqlıq və Avropanı bürüyən istilər nəticəsində çayda su səviyyəsi kritik həddən aşağı düşüb və stansiyanın təhlükəsiz istismarı mümkün olmayıb.
Pakş AES Macarıstanın elektrik enerjisi tələbatının təxminən yarısını qarşılayır. Onun fəaliyyətinin dayandırılması ölkədə enerji idxalına ehtiyacı artıracaq və hökumət artıq iri sənaye müəssisələrini elektrik istehlakını azaltmağa çağırıb. Həmçinin dövlət qurumlarında enerji qənaəti tədbirləri tətbiq edilir.
Ekspertlərin qiymətləndirməsinə görə, Dunayda suyun səviyyəsi yaxın günlərdə də yüksəlməsə, atom elektrik stansiyasının fəaliyyəti bir neçə həftə bərpa olunmaya bilər.
Günay Əli
KONKRET.az
