Bu ölkə İsraillə sərhədlərini bağladıbackend

Bu ölkə İsraillə sərhədlərini bağladı

İordaniya İsraillə 3 sərhəd qapısından 2-ni bağlamaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, İordaniya işğal altındakı İordan çayının qərb sahilində gərginliyin artmasının ardından İsraillə mövcud 3 sərhəd qapısından 2-ni bağlamaq qərarına gəlib.

İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada, Asayiş Müdirliyi tərəfindən sərnişin və yük daşımaları üçün istifadə edilən Kral Hüseyn körpüsünün və sərhəd qapısının cəmi 1000 nəfərin keçməsinə icazə verildikdən sonra bağlandığı bildirilib. Sabah körpünün gün ərzində bağlı olacağı qeyd edilir.

İordaniya Fələstin ərazisində artan qarşıdurma və gərginliyə görə Kral Hüseyn Sərhəd Qapısının müəyyən saatlarda fəaliyyət göstərəcəyini açıqlamışdı.

İordaniya ilə İsrail arasında üç sərhəd qapısı var: Şeyx Hüseyn, Kral Hüseyn və Vadi Araba.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*