Bu ölkə İsveçlə əlaqələri KƏSƏ BİLƏRbackend

Bu ölkə İsveçlə əlaqələri KƏSƏ BİLƏR

Krallıqda Quranın yandırılması aksiyası təkrarlanarsa, İraq hökuməti İsveçlə əlaqələri kəsə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına İraq baş nazirinin ofisindəki mənbə məlumat verib.

“Quranın yandırılması ilə bağlı hadisə təkrarlanarsa, Stokholmla əlaqələrimizi kəsəcəyik”, – məlumatda deyilir.

Qeyd edək ki, Stokholm polisinin Quran yandırmaqla yeni aksiyaya icazə verməsindən sonra yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyini yandırıb. Bağdadın təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib. İraq Xarici İşlər Nazirliyi etirazçıların hərəkətlərini pisləyib.

Xatırladaq ki, bundan əvvəl İsveçdə İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. Bu hərəkət İslam ölkələrinin kəskin reaksiyasına səbəb olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*