Bu ölkə koronavirusa qalib gəldi – İnanılmazbackend

Bu ölkə koronavirusa qalib gəldi - İnanılmaz

7 nəfərdə koronavirus infeksiyası aşkarlanan Mavritaniya COVID-10-a qalib gəlib.

KONKRET.az xəbər verir ki, koronavirusdan müalicə olunan sonuncu iki nəfərin də sağalaraq evə buraxıldığı açıqlanıb.

Ölkədə aktiv koronavirus daşıyıcısının olmadığı bildirilir. COVID-19-a yoluxan şəxslərin təmasda olduğu 752 nəfərin hazırda karantində saxlanıldığı qeyd olunub.

Məlumata görə, bu günə qədər ölkədə 913 nəfərdə test aparılıb, 4-ü qadın, 3-ü kişi olmaqla ümumilikdə 7 nəfərdə infeksiya aşkarlanıb. Yoluxanlardan birinin öldüyü deyilir.

Qeyd edək ki, Mavritaniya koronavirus Avropada yayılmağa başlayandan sonra xaricdən gələnlər üçün 14 günlük karantinin tətbiqinə başlamış ilk Afrika ölkəsidir.

Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*