Bu ölkədə hava şəraiti ilə əlaqədar olaraq məktəb tətilləri uzadıldıbackend

Bu ölkədə hava şəraiti ilə əlaqədar olaraq məktəb tətilləri uzadıldı

Moldovanın paytaxtı Kişinyovda güclü qar səbəbindən məktəblərdə və uşaq bağçalarında tətil müddəti 2 gün uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komissiyası qərar verib.

Kişinyov meri İon Çebanın sədrliyi altında komissiyanın iclasında həmçinin, qarın və buzun təmizlənməsi ilə məşğul olan xidmətlər istisna olmaqla, dövlət müəssisələrinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul olunub.

Bundan başqa, texniki xidmətlə məşğul olan nəqliyyat vasitələri istisna olmaqla, ictimai nəqliyyatın hərəkəti saat 16:00-dək məhdudlaşdırılıb. //Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*