Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıbbackend

Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb

Paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində noutbuk oğurlanıb.

KONKRET.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*