Bu ölkədə ​​hərbçilər iqamətgaha hücum etdi: Prezident girov götürüldübackend

Bu ölkədə ​​hərbçilər iqamətgaha hücum etdi: Prezident girov götürüldü

Niger Prezident Qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazi əsgərlər tərəfindən mühasirəyə alınıb.

Bununla belə, prezident iqamətgahının yerləşdiyi paytaxt ərazisində hərbi texnika yoxdur və şəhərdə atışma eşidilməyib.

“Jeune Afrique” jurnalı regiondakı hərbi mənbəyə istinadən xəbər verir ki, Prezident Məhəmməd Bazum üsyançılar tərəfindən girov götürüb.

Üsyançıların sayı məlum deyil.

Eyni zamanda, prezidentə yaxın başqa bir mənbə iddia edir ki, Bazum təhlükəsiz yerdədir və hazırda hərbçilərlə danışıqlar aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*