Çinin şimal-şərqindəki Qixikar şəhərində orta məktəbin idman kompleksinin tavanı uçub.
KONKRET.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, nəticədə 9 nəfər həlak olub. İki nəfər isə dağıntılar altında qalıb.
İlkin istintaqla məlum olub ki, binanın dam örtüyünün təmiri zamanı yol verilən nöqsanlar nəticədə belə faciəyə gətirib çıxarıb. Dam örtüyünün təmiri düzgün həyata keçirilməyib və yağan leysan yağışlar dağıntı törədib. Təmir işləri aparan şirkətin rəsmilərini isə həbs edilib. Faktla bağlı araşdırma aparılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
