Somalinin paytaxtı Moqadişoda maska və papaqdan istifadə qadağan edilib.
KONKRET.az xəbər verir ki, buna səbəb cinayət törədənlərin şəxsiyyətini gizlətməsi ilə bağlıdır. Belə ki, cinayətlarlar maska və papaqlardan geniş istifadə edirlər. İctimai nəqliyyatda silah gəzdirmək də qadağan oldunub.
Yaşlıların geydikləri papaqlara bənzər papaqlar isə qadağadan azad edilib.
Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan kriminal hadisələrə qarşı tədbirlərdən sayılır.
Ariz Həsənoğlu,
KONKRET.az
